main-post-cover

    Bioshock: The Collection rəsmi şəkildə anons olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2K Games şirkəti nəhayət ki, PC, PS4 və Xbox One üçün Bioshock: The Collection-u anons edib. Bioshock: The Collection Bioshock, Bioshock2, Bioshock Infinite oyunlarını və onlara çıxmış bütün DLC-ləri özündə birləşdirir. Bioshock: The Collection $60 dəyərində olacaq. Məlumata əsasən Bioshock 2-nin remaster versiyası multiplayer rejimsiz təqdim ediləcək. Bundan əlavə olaraq Bioshock Infinite oyununun remaster versiyasında dəyişiklik yoxdur. Belə ki, oyun indiki standartlara hələ də cavab verir. Konsollarda isə hər üç oyun 1080p/60fps-də işləyəcək. Bundan əlavə olaraq öz Steam hesabında Bioshock, Bioshock 2 və Minerva’s Den DLC-nə sahib olan oyunçular Bioshock: The Collection-u pulsuz əldə edəcəklər. Bioshock: The Collection 16 sentyabr tarixində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər