Bir adamın harda park etdiyini unutduğu BMW-si 6 Ay sonra tapıla bildi!

517

Şotlandiyalı bir adam, park etdiyi BMW marka avtomobilini tam 6 ay sonra tapa bildi.

Çoxumuz bu problemi yaşaya bilərik. Axşam küçəyə çıxıb avtomobili park etdikdən sonra harda olduğunu saatlarla tapa bilmədiyimiz vaxtlar da ola bilər. Lakin Şotland bir adamın başına bundan çox daha artığı gəldi.

Dostuna aid olan BMW marka avtomobili alaraq Şotlandiyadan yola çıxıb İngiltərədəki bir konsertə gedən adam, avtomobili parkingdə saxladı. Hansı park sahəsində saxladığını unudan adam, aradan 5 gün keçməsinə baxmayaraq avtomobili tapa bilmədiyi üçün təkrar Şotlandiyaya qayıtdı. Keçdiyimiz Avqust ayında da avtomobil üçün "itdiyi ya da oğurlandığı” barədə polisə müraciət etdi.

Aradan6 ay keçdikdən sonra Manchester polisi avtompbili tapdı və şəhər mərkəzindəki bir qaraja park etdi. Daha sonra Şotland adama xəbər verildi və avtomobil təslim edildi. Yalnız "çox cüzi" bir problem daha çıxdı: 6 aylıq parking pulu yığılaraq, Şotlandiyalı adama 6200 dollara başa gəldi.