main-post-cover

    Bir fincan istədi, Fabrik yenidən istehsala başladı! Autizm xəstəsi Ben-in hekayəsi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İstehsalı dayandırılmış Tommee Tippee marka fincanından başqa fincandan su içməyən autizmli Ben üçün atası əlavə stəkan axtardığını elan etdi. Sosial mediadan böyük dəstək yağdı, istehsalçı şirkətin özü də səfərbərliyə qoşuldu.

    Sosial media hər zaman nifrət qusmaq üçün istifadə edilmir. Bəzən çox şirin hekayələr də çıxa bilir. Ben və atası Marc-ın hekayəsi də bunlardan biridir. 
    İngiltərədə yaşayan 14 yaşındakı Ben Carter ağır dərəcədə autizmlidir. Uşaqlığından bəri sadəcə bir fincanda su içə bilir: Tommee Tippee marka, iki qulplu, mavi bir fincan. Bu alışqanlıq onun üçün o qədər əlçəkilməzdir ki, fincanı olmadığında su içməyi rədd etdiyi üçün hətta bir neçə dəfə dehidrasiya səbəbi ilə xəstəxanaya aparıldığı da olub.
    Fincanın istehsalının dayandırılmış olması Ben-in atası Marc-ı narahat etməyə başlayır, çünki fincan getdikcə köhnəlir. Daha əvvəl bir neçə dəfə Ben-ə hiss etdirmədən fincanı yeniləməyi bacarıblar lakin artıq yenisini satın alına bilməyəcəklər. Bundan sonra Marc, sosial mediada bir kömək statusu paylaşır. #CupForBen etiketi ilə yaylılan statusda Marc; Ben-in vəziyyətindən danışır və əlində bu fincandan olanlardan, onunla əlaqə saxlamalarını xahiş edir. Məqsədi, Ben üçün uzun bir müddət bəs edəcək qədər fincan ala bilmək idi. Təbii ki, fincanların eynilə bu model, bu rəngdə və çox yaxşı vəziyyətdə olmaları mütləqdir. 
     
    Sosial media bu yardım istəyinə qulaq verir və dünyanın dörd bir tərəfindən mavi Tommee Tippee fincanları Ben-in evinə göndərilməyə başlayır. Bu qədəri belə bu qaranlıq günlərdə insanlığa dair ümid verməyə kifayət edəcəkkən, markanın özünün də bu yardıma qoşulması ilə hekayə çox fərqli bir hal alır. Tommee Tippee, Marcın kömək istədiyi statusu paylaşmaqla kifayətlənmir, göndərilən bütün fincanların çatdırılma xərclərini qarşılayır. Bu müddət ərzində gündə 40-a yaxın fincanın özlərinə çatdırıldığını deyirlər.
    Tommee Tippee bu qədərlə kifayətlənmir, istehsalı dayandırılmış fincanın orjinal qəlibini dünyanın dörd tərəfindəki fabriklərində axtardığını bildirir. Nəhayət Çindəki fabrikdə qəlibin tapıldığının xəbərini verir. Bu da Ben-ə ömrü boyunca kifayət edəcək qədər mavi fincanın Tommee Tippee tərəfindən təkrar istehsal ediləcəyi mənasını verir. Yəni Ben-in fincanı köhnələcək deyə atasının bir daha narahatlıq keçirməsinə ehtiyac qalmır!
      
    1 ədər ehtiyyat fincan axtararkən ömrü boyu bəs edəcək qədər Tommee Tippee fincan əldə edən ata, "Lotoreyada cek-pot qazansam bu qədər xoşbəxt olmazdım." deyir və paylaşdığı videosunda hərkəsə təşəkkür edir. 

    İndi isə Ben-in atası hekayəni filmə çəkmək istəyir və bu sənədli film üçün fond toplayır. Bunu təkcə oğlu Ben üçün deyil; oxşar vəziyyətdəki başqa Ben-lər üçün də etmək istədiyini deyir. Beləcə autizmə və autizmlə yaşayan ailələrə diqqət çəkmək məqsədini bildirir. 
    Marc, Ben və fincanlarının hekayəsini Twitter-dən #CupForBen və #LittleBlueCup etiketləri ilə izləyə bilərsiniz.


    Linki kopyala