Bir Milyarder ən çox nəyə sevinər? Elon Musk-ın sevincdən "ağlını itirdiyi" Falcon 9 görüntüləri!
Digər
07.05.2017
Farid Pardashunas
Pula pul deməyən Elon Musk belə olsanız sizi uşaqlar kimi şən və həyəcandan ağlınızı itirəcək səviyyələrə gətirəcək vəziyyətlər ola bilər.
Bizlər
adətən istədiyimiz bir oyun, telefon ya da bir cihaz alındığında sevinər, hər
imtahan və iş görüşlərində isə olduqca həyəcanlanarıq. Bəs, Elon Musk kimimulti milyarder olub öz şirkətləri olan, pul və həyat problemləri dərdi olmayan bir adam
hansı mövzuda çox həyəcanlanar? Hansı mövzuda sevincdən "ağlını itirər”?
Buna
ən gözəl nümunəni isə National Geographic kanalının paylaşdığı Falcon 9 videolarında Elon Musk verir. Əlində Tesla, SpaceX, Hyperloop kimi şirkətlər və
layihələrin olduğu milyarder Musk, Falcon 9 layihəsi ilə diqqət çəkmiş, ancaq
ilk cəhdlərində uğursuz olmuşdur. Ancaq tam bir il sonra, yəni 21
Dekabr 2015-ci ildə Falcon 9 uğurlu eniş edərək kosmos və elm tarixində
çığır açmağı bacarmışdı.
Cape
Canaveral Hava Qüvvələri Stansiyasından qalxan Falcon 9, orbitə çıxaraq
daşıdığı peyki uğurla orbitə buraxıb, daha sonra problemsiz olaraq dünyaya təkrar
eniş edə bilmişdi. Elə bu hadisələri yerindən anbaan izləyən Elon Musk-ın yaşadığı həyəcan, qorxu və uğurlu olmasından sonra gələn dəli kimi sevincini
paylaşan NatGeo, bizlərə bu videonu təqdim edərək fərqli bir təcrübəni nümayiş
etdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ