main-post-cover

    Qısa zamanda PHP öyrənərək Facebook qurucularından olan Dustin Moskovitz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Mark Zuckerberq hər zaman öz çıxışlarında Facebook-un yaranış dövründən statlar gətirir. Bu statlar əsasən gənclərin diqqətini cəlb etmək, bir növ onlara öz hədəflərini gerçəkləşdirməkdə stimul vermək məqsədi daşıyır. Belə çıxışlarından birində o, Facebook-un qurucuları arasında yer alan Dustin Moskovitz haqda məlumat verib.

    Facebook CEO-su həmin dövrlər Yahoo, Amazon, Ebay kimi internet saytlarının böyük bir kütləyə xitab etdiyini, Facebook-un isə yenicə insanlara tanıdılmağa başladığını bildirir. Buna baxmayaraq sosial şəbəkə qısa zamanda bir çox insan tərəfindən istifadə olunmağa başlayıb. Sistem çox bəyənilib və digər universitetlər də eyni sistemi onlar üçün qurmağını haqda təklif irəli sürüblər. Təklif sayı çox olunca Mark işləri çatdıra bilmir və öz otaq yoldaşı Dustindən kömək istəyir. İşin maraqlı tərəfi isə Facebook-un PHP ilə yazılmasına baxmayaraq, Dustin systemin PERL ilə yazıldığını fikirləşməsi olub. Hətta o, "Axmaqlar üçün PERL” adlı kitabı alaraq öyrənməyə başlayır. Sonra Marka tam hazır olduğunu bildirir. Amma Mark Facebook-un PERL deyil, PHP ilə yazıldığını bildirir. Dustin qısa zamada PHP-ni öyrənir və işə başlayır. Sonra onlar hər ikisi universitetdən atılaraq, Kaliforniyada işlərini davam etdirirlər.
    Daha sonra Dustin 2008-ci ildə öz şirkəti Asanayı qurur və 2011-ci ildə Forbes tərəfindən öz hesabına milyoner olan ən gənc insan elan edilir.
    Zuckerberq bu haqda belə deyir: "Uğurlu şirkətlərin ən böyük xüsusiyyəti şirkəti qurmaq deyil, fərqi ortaya çıxarmaqdan qaynaqlanır.”
    Yəni məqsədiniz nə olur-olsun çətinliklərə görə öz yolunuzdan dönməyin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər