main-post-cover

    Bir Powerbank Telefonunuzu Neçə Dəfə Şarj Edə Bilər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artıq telefonlarımızın yanında bir ehtiyac halına gələn powerbanklarda bildirilən batareya həcminin doğru olub-olmadığı barədə sizlərə məlumat vermək istəyirik.

    Smartfonlar hər keçən gün daha uzun batareya ömrü ilə qarşımıza çıxsalar da, təəssüf ki çox zaman gündəlik istifadədə belə, ağıllı telefonlarımızın şarjı bizə bəs etmir və bu səbəbdən də telefonlarımızı şarj etmək üçün powerbanklara ehtiyacımız olur.
    Ancaq bir powerbank ilə telefonumuzu şarj edərkən adətən powerbankın qutusunda yazılan batareya həcmi qədər telefonları şarj etmədiyini görürük. Bəs niyə belə bir problemlə qarşılaşırıq və powerbankların üzərində yazılan batareya həcmi yalandır mı?
    Qısaca bu mövzuya açıqlıq gətirəsi olsaq əslində powerbankların üzərində bildirilən batareya həcmi yalan deyil ancaq bu həcmlər powerbankın içərisində mövcud olan axım həcmini göstərir. Adətən powerbankların içindəki batareyalar 3,6 volt gərginliyə sahib ikən ağıllı telefonların USB ilə şarj edilməsi üçün 5.1 volta yüksəldilməsi mütləqdir. Beləki gərginlik artdığı üçün, powerbankın içindəki batareyanın amperi də azalır.

    Bəs powerbankların real həcmini necə öyrənə bilərik?

    Əslinə qalsa hesablama baxımından bu barədə dəqiq bir nəticə almaq üçün bilinən bir üsul yoxdur ancaq ən sadə şəkildə telefonunuzu 0%-dən şarj etməyə başlayaraq neçə dəfə doldurduğunuzu incələyərək powerbankınızın istifadə edilə bilmə həcmini öyrənə bilərsiniz. Misal üçün, 2500 mAh batareya həcmi olan bir telefonu 10000mAh həcmli bir powerbank ilə şarj edirsinizsə və telefon iki dəfə tam şarj, bir dəfə də 80% şarj olursa bu powerbankın istifadə edə biləcəyiniz həcmi 7000 mAh-dır.
    Ya da bu tərz bir prosedurla məşğul olmadan heç də dəqiq olmayan bir hesab etmək istəyirsinizsə bir powerbank satın alarkən o powerbankın həcmini 20% - 30% daha az olaraq hesablayaraq telefonunuzu tam dolu batareya ilə cəmi neçə dəfə şarj edə biləcəyini anlaya bilərsiniz. Həmçinin hər powerbank üçün bu dəyərlərin dəyişə biləcəyini də xatırlatmaq istəyirik. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər