Bir qrafika şəkli ilə Facebookdan milyonlar qazanan rəssam - David Choe
Sosial Media
07.05.2017
Farid Pardashunas
Bəzən dəyərləndirmədiyimiz təkliflər bizim
gələcəyimiz üçün böyük prespektivlərin geridə qalmasına səbəb olur. Çünki zaman
keçdikcə bizim üçün vacib xarakter daşımayan işlər daha dəyərli hala gəlir.
Bu dəfə ki, məqaləmiz Facebook sayəsində
milyoner olan David Choe haqqındadır. Tanımayanlar üçün bildirək ki, David Choe
amerikalı rəssamdır. Yeddi il əvvəl, David, Kaliforniyaya Facebook-un ofisini dizayn
etmək üçün təklif alıb. Onun işini dizayn deyil, daha çox divar rəsmləri (qrafika) adlandırmaq
daha düzgün olar.
O zamanlar Facebook yeni qurulduğu üçün maliyyə vəziyyəti o qədər
yüksək səviyyədə deyildi. Ona görə də Facebook-un həmin vaxtlar başçısı olan Sean
Parker rəssama işinin qarşlığında bir neçə min dollar və ya şirkət hissələrini
təklif edib.
David həmin vaxt bunun "gülünc yatırım”
olduğunu düşünsə də təkliflə razılaşıb. Qeyd edək ki, işinin müqabilində Davidə
0.2% hissə payı təklif olunmuşdu. Hal-hazırda isə David bu təkliflə razılaşdığı
üçün çox xoşbəxtdir, çünki bunun sayəsində rəssam ildə 200 milyon dollar pul
qazanır. Nə demək olar bəlkə də o adi rəssam olaraq həyatını davam etdirsə idi
bu pulun yarısını da qazana bilməzdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)