main-post-cover

    Bir startapçı ilə sevgili olmaq istəyənlərə 17 tövsiyə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bir startapçı ilə münasibətdə olmaq, biraz fərqli ola bilər. Ölmədən əvvəl ediləcək şeylər siyahısına girməyə layiq olacaq qədər qəribə, amma gözəl bir şeydən söz edirəm. Bir startapçı olaraq həm öz həyatımda yaşadıqlarımı, həm startapçı dostlarımın qarşılaşdıqları ortaq nöqtələr olduğunun fərqinə varıb bunu yazmaq istədim.

    1) İş həyatı və şəxsi inkişaf haqqında həddindən çox oxuya bilərlər. Təəccüblənməyin.

    Həddindən çox demək biraz təvazökarlıq ola bilər. Startapçılar şəxsi və professional inkişaflarında çox az nöqtədə özlərini "istədikləri yerdə” görürlər. Bunun nəticəsində də, kitabxanaların startapçı xatirələri ilə, uğur hekayələri ilə dolu olduğunu görə bilərsiniz. Chrome bookmark-larında Techcrunch-dan, Technote-dan, Webrazzi-dən bol-bol link tapmaq olar, fikir verməyin. Təbii ki, söhbət "dırnaq arası startapçılardan” getmir.

    2) İşləmədən dayanmaqları çox çətindir, amma razı salmaq üçün şansınız var.

    Öz işinə sahib biri üçün işi işdə buraxmaq deyə bir şey yoxdur. Bunun yerinə hər zaman görüləcək işlər vardır. Biraz boş vaxt qalıbsa, "gözəl bir kafeyə gedim də ediləcəklər siyahımdakı işlərə baxım” və oxşar bəhanələrlə yenə işlərinə qayıdar. Heçnə olmasa belə sektorda nələr olub-bitdiyinə, rəqiblərin vəziyyətinə göz atarlar. Ancaq vəziyyət çox da imkansız deyil. Biraz üstlərinə getsəniz, həqiqətən işləmədikləri və sizin üçün ayıra biləcəkləri vaxt mütləq yaradıla bilər.

    3) Hesab ödəndikdən sonra "kassa çeklərini” yığa bilərlər, səhv başa düşməyin 

    Yox, nə yeyib içdiyinizi hesablamırıq, səhv başa düşməyin. Xərclərimizi qeyd edirik. Nəticədə nahat yeməyi də şirkətin qazancından gedir. Bir müddət sonra alışaraq, siz xəbərdar etməyə başlayacaqsınız, "Mənə bax çeki götürməyi yaddan çıxartma, sonra ayın axrı pullar hara gedir deyə hesablamağa başlayacaqsan” kimi xəbərdarlıqlar edərkən özünüzü tapacaqsınız. Sonra gözlərini yaşardacaqsız startapçı dostumun. Qucaqlayacaq sizi bərk-bərk…

    4) Hər şeyin zaman analizini edərlər. Hər şeyin…

    Çünki ediləcəklər siyahısı ƏSLA boş qalmaz. Bir startapçının etmək istəyəcəyi son şey, vaxtını boş yerə xərcləmək ya da səmərəsizcə vaxt keçirmək belə olmaz. Yəni sizinlə vaxt keçirməsi demək, sizi həqiqətən çox sevməsi deməkdir. İstisnalar hər zaman var ancaq bir startapçı sırf "qarşı cinslə vaxt keçirim” deyə vaxtını xərcləməz. Bu mövzuda rahat olun, bir kofe daha sifariş edin, görüşə bildiyiniz anların dadını çıxardın. Bir də görüşlərinizi Kalendar-a baxıb təyin edirsə, sifət eləməyin. Çox xahiş edirəm.

    5) Qətiyyən 9-6 iş saatlarında işləməzlər. İşləyə bilməzlər.

    "Müntəzəm bir iş həyatın olsun” deyə israr etməyin. Bir startapçı, - hələ ki işin hələ əvvəllərindədirsə - həm marketoloq, həm məzmun yaradıcısı, həm satıcı, həm lider, həm müştəri təmsilçisi, həm smmşik, həm kuryer, həm çayçı ola bilər. Mən hələ siyahını bacardığım qədər qısa etdim. İşə yeni başlamış bir startapçı ağlınızın ala bilməyəcəyi qədər vəzifəni öz üstünə alaraq startapını bir yerlərə çıxarmaq üçün əlindən gələni edər. Vəziyyət belə olduqda isə bir startapçının 9-6 aralığında işləməsini gözləmək real olmaz, sizi və münasibətinizi zədələyər. Həm də onu çox kədərləndirər. Xahiş edirəm, əgər startapçı bir sevgiliniz varsa, ona "müntəzəm bir həyatın olsun” deyərkən qeyri-müntəzəm yaşayırsan mesajı altında 9-6 iş saatlarını qeyd etməyin. Ona dəstək olun.

    6) Çox sualları olar, faydalanın.

    Startapçı əsla öyrənməkdən bezməyən şəxsdir. Mövzu gördüyü iş ya da startapı ilə bağlı olmasa belə, zehni cəhətdən öyrənməyə tələbatı tükənmir. Ala bildiyi qədər məlumatı almaq üçün yüzlərlə söz soruşa bilər. Buna görə də qəribə bir məlumat hafizəsi olar. Çox əlaqəsiz mövzularda belə sizinlə saatlarla söhbət edə bilər. Təbii ki hər insanda bunu tapmaq mümkündür ancaq bir startapçı ilə sevgilisinizsə, hər zaman danışacaq gözəl şeylər tapa bilərsiniz.

    7) Tənbəl insanlarla vaxt keçirməkdən xoşları gəlməz. Diqqət edin.

    Startapçılar, daxili motivasiyalarını yüksək tutmaq üçün çox vaxt "istəmədən də olsa” ətrafındakı "boş” insanları tərk edərlər. Daha çox özləri kimi məhsuldar -hətta özlərindən çox daha məhsuldar- insanlarla vaxt keçirtməyi sevərlər. Bu münasibətlərinə də əks olunar. Sizin də -hər nə edirsinizsə edin-, hərəkətli və çalışqan olduğunuzu görmək istəyərlər. Əks halda işlər yavaş-yavaş axarından çıxar. "Ola bilməz!” deməyin, hirslənməyin. Mən sizə olanı deyirəm.

    8) Startapçılar hər işdən başı çıxan tiplər olurlar. Fərqləri isə, həqiqətən elə olmaqlarıdır.

    Motivasiyası yüksək bir startapçı, tam potensialı ilə işlədiyində birdən çox insanın gördüyü işi tək başına layiqiylə görə bilər. Bu daimi olmasa da, "edə bilir” olması və bunu anlaması insanı biraz daha fərqli edir. Məsələn yanında bir Word faylı açdığınızda qısa yolları istifadə etmədiyiniz üçün qısa müddətli bir gərginlik yaşaya bilərsiniz. Günün sonunda "Ver bu komputeri görüm” ilə başlayan bir mübahisə, bütün həftə etməli olduğunuz işləri bir neçə saatda edən sevgilinizə təşəkkürlə bitə bilər. (Bu nümunə, başıma gələn real bir hadisəyə aiddir)

    9) Bacarmaq üçün yaşayarlar. Onlara dəstək olun.

    Startapçılar, daima hər hansısa hədəf üçün yaşayarlar. Adətən eyni anda birdən çox hədəfləri olar. Hədəfə çatılan hər anda, bir sonrakı hədəf üçün daha çox motivasiya almış olurlar. Bütün bu müddətdə sizin dəstəyiniz inanılmazdır, ölçülməzdir, mükəmməldir.

    10) Öz-özündən yaranan şeylər bu lənətə gəlmiş startapçılığın təbiətində var. Nə edək…

    Sərbəst iş saatları, daima dəyişən öhdəliklər, hədəfə çatmaq üçün hərşeyi edə bilmək, insanın arabir axtardığı o "adi həyata” imkan verməz. Bir startapçı ilə birlikdəsinizsə, hər zaman qeyri-adi hadisələr başınıza gələ bilər. Düşünün, ad gününüzdə baş-başa yemək yeyirsiniz və ağlına super bir ideya gəldi. Təcili olaraq developer dostu ilə görüşməlidir. Saxlaya bilmərsən. Pis niyyətli deyil, amma onun da təbiəti elədir. Dedik axı, nə edək…

    11) Startapçılıq haqqında heç olmadığı qədər çox şey öyrənəcəksiniz

    Hekayələr, uğurlu startaplar və uğursuz startaplar… Hansı mövzu haqqında danışırsınızsa danışın, mütləq startapçıların dünyasından hər gün bir şeylər eşidəcəksiniz və istər istəməz startapçılıq haqqında bir çox şey öyrənmiş olacaqsınız. Bəlkə startapçı olmaq kimi bir xəyalınız yoxdur ancaq bu sizə gündəlik həyatınızda da, "normal” iş həyatınızda da ciddi üstünlüklər yarada bilər. Heç olmasa, "distant startapçı” olacaqsınız. Pisdir?

    12) Startapçı dediyin gizli olsa da romantikdir, sürpriz etməyi yaxşı bilir.

    Startapçıların beyinləri fərqli işləyir. Hər "çatdığı” uğur, onu bir sonrakı "böyük uğuru” düşünməyə aparar. Buna görə də startapçı sevgilinin edəcəyi sürpriz, gül göndərmək yox nəbilim şokolad səbəti hazırlatmaq kimi "standartlardan” çox fərqlidir. İnsanı şoka salar, xoşbəxtlikdən ağladar. Sürpriz etməyi sizdən öyrənəcək deyilik.

    13) Təbii ki insanlara sevgilinizin nə etdiyini başa salmaq biraz çətin olacaq.

    "Startapçıdır deyib keç.” ilə də olmur bu işlər. Sonrasındakı sualların ardı-arxası kəsilmir. Buna görə də startapı yaxşı təqdim etmiş olmalısınız. Adı nədir, nə vaxt quruldu, varsa böyük rəqibin adı, investor, nəbilim niyə belə bir işə baş qoşduğu falan-filan… Bunların hamısını başa salmalı olacaqsınız. Yəni, "nə iş görür” sualının cavabı ən az 10 dəqiqədir. Olsun. Sevgi nə idi? Sevgi əmək vermək idi.

    14) Sosial Şəbəkə, Jobs, İnternetin övladı kimi kinolara həmişə biletiniz var.

    Bu təbii ki, bu işin stereotipdir. Amma bir startapçının seçdiyi filmlər Sosial Şəbəkə ya da Jobs kimi bioqrafiya məzmunlu filmlərin xaricində də ola bilər. Diqqətlə fikir versəz görəcəksiniz ki, seçdiyi hər serial və filmdə, bənzər bir obraz, bir uğur hekayəsi ya da dayanmaq bilməyən bir macəra, daima həll edilməli olan problemlər var. Və çox zaman da bu filmlər, "hərkəsin” sevdiklərindən fərqli olacaq.

    15) Hissləri, daxili dünyaları enişli-çıxışlı ola bilər. Hətta bu tez-tez ola bilər.

    Təəssüf ki, altdan almalı olan tərəf çox vaxt siz olacaqsınız. Bu bəlkə də ədalətli deyil, amma adətən belə olur. Bəli, startapçılar uğur qazandıqda super motivasiya ola bilirlər, amma işlərindəki kiçik bir yavaşlama onları "Üzeyir Mehdizadə” dinləmək səviyyəsinə çatdıra və ya daxili aləmlərini cəhənnəmə çevirə bilər.

    16) Startapçılar dağılmağa meyilli olurlar, mane olun.

    Bu, "hər işdən anlamaq” mövzusu və daima yeni layihələrə olan aclıq, başqa bir yazının mövzusudur. Ancaq təcrübələrimə əsaslanaraq deyə biləcəyim və gördüyüm odur ki, bu vəziyyəti münasibətlər həll edə bilir. Onun həddindən çox dağıldığını və özünü tükədəcək qədər çox işə fokuslandığını gördüyünüzdə özünə hakim olmasına kömək edin. Bu çox vacibdir. Çünki startapçı insan qəribə olsa da heçkəsin sözünə qulaq asmazkən, sevgilisinin sözü bu cür mövzularda daha mühüm ola bilir.

    17) İnanın, sizi təxmin etdiyinizdən daha çox önəmsəyir və düşünür.

    Bəlkə də bu yazını oxuyan bir çox insan, burdakı səbəblərdən ötəri bir startapçını "sevgili namizədi” olmaqdan çıxardacaq. Ancaq inanın, bunların hamısını bütün startapçılar bilir, bilirik. Buna baxmayaraq bizə dözən, bizə sevgisini göstərən, bizə əhəmiyyət verən insanlara təşəkkür edirik.

    Bura bu qeydi də əlavə edim ki, münasibətlərində problem yaşayan startapçı dostlarıma demək istəyirəm ki yalnız deyilsiniz.
    Bu məqalə sosyalmedya.co saytındakı materialdan istifadə edilməklə hazırlanıb. Əlavə etmək istədikləriniz varsa, xahiş edirəm şərhlərdə bildirin :)
    Linki kopyala