Bir startapdan iki təkərli və elektrikli skateboard (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yiimax adlı startap 400 vat gücə sahib elektromühərrikli və iki təkərli skateboardu təqdim edib.
Skateboardın maksimal sürəti
saatda 19 km-dir. Klassik skateboardları idarə etmək asandır. Lakin iki təkərli
versiya daha manevrlidir. Bu cür skateboardlarda ön təkər idarəetmə, arxa təkər
isə sürət yığmaq üçün nəzərdə tutulub. Yiiboard elektromühərrikli ilk
skateboarddır. Onun çəkisi 6 kq-dır. Skateboardın sürəti xüsusi pult ilə,
istiqaməti isə istifadəçinin bədən hərəkəti ilə tənzimlənir. Skateboardın
korpusu IP54 standartı ilə nəmişlikdən qorunma xüsusiyyətinə malikdir. O, bir dəfə
şarj olunandan sonra 29 km yol qət edə bilər. Tam şarj olma müddəti isə 3-4
saatdır. Arxa təkərdə rekuperasiya sistemi var. Yəni skateboard tormoz verən
zaman sərf olunmuş enerjinin bir hissəsi geri qayıdır. "Yiimix” şirkəti sözügedən
layihəni Indiegogo platformasına yerləşdirmişdir. Lakin çox güman ki, onlar
lazım olan 50.000$ vəsaiti yığa bilməyəcəklər. Belə ki, bir həftə ərzində şirkət
cəmisi 2104$ vəsait yığa bilmişdir. Ön sifarişlə skateboardu 359$-a almaq olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)