Bir vaxtların iOS əfsanəsi oyun, indi Android-çilərin istifadəsində
Digər
07.05.2017
Farid Pardashunas
2015-ci ildə iOS-un ən sevilən oyunlarından biri olan Shadowmatic oyunu Android üçün təqdim olundu. Oyun çıxar çıxmaz müsbət tənqidlər almağa başladı.
Google play-də hər gün yeni oyunlar çıxır. Sayları
milyonları aşan tətbiq sayı ilə Google Play, Android platformasını rəngləndirən
bir tətbiqdir. İstifadəçi dostu Android, developerləri tərəfindən inkişaf
etdirilən oyunları təqdim etmək üçün son
dərəcə uyğun bir əməliyyat sistemidir. Bunun arxasında dünyanın ən çox istifadə
edilən əməliyyat sistemlərindən biri olması durur. Təbii olaraq belə geniş bir
platformada proqramların lazım olan marağı cəlb etməsi üçün ya çox yaxşı oyununuz olmalı ya da
cibinizdə reklam üçün ayrılmış böyük miqdarda pul olmalıdır.
Bu qədər sıxlıq təşkil edən bir platformada hər zaman istədiyiniz tətbiqi
tapa bilmirsiniz. Bu gün sizlərə Shadowmatic adlı oyunu tanıdacağam. Əvvəlcə,
istəsəniz oyunu dərhal xəbərin altında yer alan linklərdən yükləyə bilərsiniz.
Oyun Android də çıxalı 3 gün oldu amma
çıxdığı gündən bu yana haqqında möhtəşəm şərhlər yazıldı. Tamamilə xəyal
gücünüzə əsaslanan oyunda, əlinizdə nə
olduğu bilinməyən cisimlərin kölgəsini bir şeylərə bənzətməyə çalışırsınız.
Daha açıq danışsaq , ağ bir işığın qarşısında duran cisimləri çevirərək,
divarda həqiqi kölgələr meydana gətirməyə çalışırsınız.
Əslində oyun bundan iki il əvvəl, 15 yanvar 2015-ci ildə iOS
platformaları üçün təqdim olunmuşdu. Hətta təqdim olunduğu il Apple Dizayn
Mükafatını qazanmışdı. iOS-u bir birinə qatan
Shadowmatic, nəhayət Android istifadəçilərinin də təcrübə edə biləcəyi
bir oyun halına çevrildi.
Xəyal gücünüzün sərhədlərini
zorlayacaq Shadowmatic, cəmi 100 hissədən ibarətdir . Bu hissələrin 14-nü pulsuz yükləyə bilərsiniz. 14 hissədən sonra
oyun sizdən 2.99 dollarlıq ödəniş tələb edəcək. Yəni ilk başda 14 hissəni
oynayıb oyunu test edib, vəziyyətə görə oyunun irəliləyən hissələrini də yükləyə
bilərsiniz. Bu günlərdə xüsusilə orijinal oyunlara tez-tez rast gəlmirik, və bu
səbəbdən belə tərzdə oyunlar gözümüzdə daha qiymətli olur. Ümumiyyətlə çıxan
oyunlar bir əvvəlkinin təkrarı olduğundan və belə fərqli tərzdə oyunlar çıxdığında, hərkəsdə
həyəcan yarada bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ