Bir zamanların əfsanə fotoaparatı Polaroid sensorlu ekranla gəlir.

292

"Leica"nın Sofort adlı fotoaparatı təqdim etməsinin ardından "Polaroid"dən cavab gecikmədi və yeni çək-çap et fotoaparatı Snap Touch-ın təqdimatını etdi.

Bu ilin əvvəlində tanıdılan Snap modelindən fərqli olaraq Snap Touch, təcili foto çəkib çap edən fotoaparatlarında görməyə vərdiş etmədiyimiz 3,5 düymlük sensor ekranla birlikdə gəlir. Sensor ekran xaricində Bluetooth dəstəyinə də sahib olan fotoaparat ilə hətta video görüntüləri də qeyd etmək olur. 720p və 1080p dəqiqliyində video yazıya icazə verən fotoaparatda quraşdırılmış dinamik və mikrofon da var. MicroSD kartlarla yaddaşı 128 GB-a qədər artırılabilən fotoaparat 50,8 x 76,2 mm ölçüsündə fotoşəkillər çap edə bilir. "Polaroid"in ZINK fotoşəkil kağızını istifadə edən fotoaparat önümüzdəki ay 180 dollardan satışa təqdim ediləcək.


 
    Polad Tağıoğlu
   Redaktor