Bir zamanların əfsanə telefonu "BlackBerry" smartfon bazarından çəkilir?

487

Bir dövrə damğasını vuran əfsanə telefon istehsalçısı BlackBerry, iddialara görə bir neçə gün içində smartfon bazarından çəkilir.

Bir vaxt klaviaturalı telefonları ilə smartfon dünyasında ayrı bir axım yaradan və təhlükəsiz proqram təminatı adından söz etdirən "BlackBerry", əfsuslar olsun ki Android axınını qaçıraraq öz əməliyyat sistemi və alışqanlıqları barədə iddialı olmuşdular.
Son illərdə pis vaxtlar yaşayan "BlackBerry", Priv və digər bəzi modelləri ilə Android bazarında şansını yoxlasa da heç bir yolla gözlədiyi uğuru əldə edə bilmədi. 
Ortaya atılan son dediqodu isə bir dönəmin əfsanəsinin ağıllı telefon dünyasını tərk edəcəyini göstərir.
Onsuzda şirkətin son günlərdəki satış rəqəmləri və hissələri kimi detallar bu qərara dair bizə ipucu verirdi. İndi isə bu qərarın verildiyi bəzi isimlər tərəfindən iddia edilərkən "BlackBerry" hələki geri çəkildiyi xəbərini rəsmi olaraq elan etmədi. Lakin bu qərarın çox da uzaq olmadığını deyə bilərik.
"BlackBerry"nin belə bir qərar açıqlayıb-açıqlamayacağı hələ dəqiq olmasa da bir çox media qurumu da bu qərarın 28 Sentyabrda veriləcəyini irəli sürüb. Nəticə nə olacaq bilmirik amma əfsuslar olsun ki qərar açıqlansa, uşaqkən "Məndə BlackBerry var" deyə özümüzü üstün gördüyümüz o özəl telefon istehsalçısı mobil arenadakı məğlubiyyətini qəbul edəcək.