main-post-cover

    Black Friday, San Fransisko üçün sözün əsl mənasında Qara Cümə oldu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çox yerlərdə Black Friday alış-veriş günü kimi qeyd olunsa da, San Fransisko-da vəziyyət daha maraqlı olub. Belə ki, bütün şəhər nəqliyyatı hack olunub.

    San Fransisko Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biridir. Təbii ki, belə böyük şəhərlərdə maraqlı hadisələrin baş verməsi də təəccüb doğurmur. Bütün dünya Black Friday-i qeyd etdiyi halda San Fransisko daha maraqlı vəziyyətlə üz-üzə qalıb. Verilən məlumata görə şəhər nəqliyyatında artıq iki gündür problemlər yaşanmaqdadır. Problemin isə qaynağı hackerlərin nəqliyyat sisteminə gözlənilməz müdaxiləsidir. Şəhərin nəqliyyat sisteminə müdaxilə edən hackerlər vəziyyəti yenidən normal qaytarmaq üçün müəyyən məbləğdə pul tələb edirlər. Bundan əlavə kart sistemi ilə işləyən avtobus və troleybuslardan istifadə etmək istəyənlər pul yükləmə bankomatlarının işləmədiyini müşahidə ediblər.
     
    Hackerlər istifadəçilər üçün "Gedişat pulsuz” deyə mesaj da əlavə ediblər. Əslində bu şəhər iqtisadiyyatı üçün müsbət hal olmasa da pulsuz gediş-gəliş bir çoxlarının ürəyincə olub.
    Şəhər idarəsi nümayəndələri baş vermis hadisəni həll etməyə çalışsalar da hələ ki, heç bir nəticə əldə olunmayıb. Hackerlər isə öz istəklərində iddialıdırlar. Yəni pul ödənmədiyi təqdirdə sistemi sərbəst buraxmayacaqlarını bildirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər