BlackBerry brendi satın alındı

488

Çinin "TCL Corporation” şirkəti BlackBerry smartfon brendini aldı.

Bundan sonra məhz sözügedən şirkət, BlackBerry brendi adı altında mobil telefonları istehsal edəcək. "BlackBerry” şirkəti isə öz növbəsində təhlükəsizlik üzrə proqram təminatının yaradılmasında diqqətini cəmləyəcək. "BlackBerry” hələ bu ilin Sentyabr ayında smartfon istehsalından imtina etmək qərarını verdi. Həmin vaxtda şirkət bildirdi ki, BlackBerry brendi altında smartfonlar isə tərəfdaş şirkətlər tərəfindən istehsal ediləcək. Şirkət özü isə prqram təminatının hazırlanması ilə məşğul olacaq. Mütəxəssislərin qiymətləndirmələri nəticəsində məlum olub ki, bu ilin payız fəslində BlackBerry brendli smartfonlar bazarın 0.1% hissəsinə sahib olublar. Şirkətin özü isə ikinci rübdə 372 milyon dollar zərər edib. Qeyd etmək lazımdır ki, bir müddət öncə "TCL Corporation” şirkəti həmçinin Alcatel brendini də almışdır.