BlackBerry Mercury modelinin ilk render fotoları sızdırıldı

420

İnternetə hələ anonsu olmayan yeni BlackBerry modelinin render fotoları sızıdırılıb.

Yeni model smartfonun kod adı Mercury-dir. Smartfon, QWERTY klaviaturaya sahib olacaq. Məlumata əsasən cihazın 4.5 inç-lik ekranı əyilmiş şəkildə olacaq, "Space” düyməsinə isə barmaq izi skanı inteqrasiya ediləcək. Həmçinin yeni model, flaqman sinfinə aid olacaq və güclü Qualcomm Snapdragon 821 prosessoru ilə təchiz olunacaq. BlackBerry Mercury avtonom rejimdə iki günə qədər çalışa biləcək. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlara əsasən sözügedən model, DTEK70 adı ilə təqdim olunacaqdı. Onun satışa çıxması isə 2017-ci ilin əvvəlinə planlaşdırılıb.