main-post-cover

    BlackBerry Mercury nə zaman satışa çıxacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    BlackBerry-nin yeni fiziki klaviaturalı ağıllı telefonu Mercury haqqında, uzun müddətdir yeni məlumatlar ortaya çıxırdı. Nəhayət, firma tərəfindən cihazın təqdimat tarixi açıqlandı!

    BlackBerry-nin fiziki QWERTY klaviaturaya sahib olan yeni ağıllı telefonu Mercury, ABŞ-ın Las Veqas əyalətində təşkil olunan CES 2017 təqdimat mərasimində nümayiş etdirildi.
    CES-də sərgilənməsinə rəğmən bəzi xüsusiyyətlərinin yanı sıra qiyməti və satışa çıxarılacağı tarix hələki məlum olmayan BlackBerry Mercury üçün rəsmi təqdimat tarixi nəhayət ki bəlli oldu.

    BlackBerry Mercury-nin MWC 2017-də təqdim olunması gözlənilir.

    BlackBerry Mobile-in Twitter hesabı üzərindən edilən paylaşımda BlackBerry Mercury üçün 25 fevral 2017-i tarixi, yəni Barcelonada keçiriləcək olan Mobil Dünya Konqresi işarə edilir.
    4.5 inç böyüklüyündə IPS LCD ekranında Full HD keyfiyyəti təklif edən telefon gücünü Qualcomm-un inkişaf etdirmiş olduğu Snapdragon 821 əməliyyat sistemi və Adreno 530 qrafik prosessorundan alır.

    4 GB RAM-a və 64 GB daxili yaddaş sahəsinə sahib olan Mercury , arxa tərəfində 13 meqapiksel, ön tərəfində isə 8 meqapiksel keyfiyyətində bir kameraya sahibdir.
    BlackBerry-nin DTEK70 model nömrəsinə sahib olan yeni ağıllı telefonu Mercury haqqında ortaya çıxan xüsusiyyətlər bunlarla məhdud deyil.
    Telefonun satışa çıxacağı tarixdən qiymətinə qədər bütün detalları, 25 fevral tarixində keçiriləcək olan təqdimat mərasimində bilinəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər