main-post-cover

    BlackBerry-nin yeni smartfonunun ilk fotosu sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Görünür BlackBerry şirkəti öz serverlərinə təsadüf nəticəsində BlackBerry Neon adlı yeni smartfonun fotolarını yerləşdirib. Təqdim olunmuş məlumatlara əsasən yeni smartfon 1920x1080 piksel keyfiyyətli 5.2 inç Full HD ekran, 1.5 GHz tezlikli 8 nüvəli Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM, 16 GB-lıq daxili yaddaş və 2610 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameraya gəldikdə isə BlackBerry Neon 13 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışacaq. Texniki göstəricilərə nəzər yetirdikdə belə qənaətə gəlmək olar ki, yeni smartfon əsasən orta büdcəli alıcılar üçün nəzərdə tutulub. Onun qiymətinin$350 civarında olacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər