"BlackBerry" rəsmi olaraq smartfon bazarından ayrıldığını elan etdi

334

"BlackBerry” şirkəti smartfon bazarında qalmaq üçün əlindən gələni etdi.

Hətta şirkət öz əməliyyat sistemindən belə imtina etməli oldu və Android-ə üstünlük verdi. Lakin görünür bu kifayət etmədi. Şirkətin CEO-su Con Çen sonuncu rüb üzrə maliyyə hesabatını açıqlayıb. Göstəricilər isə ürəkaçan olmayıb. Beləliklə "BlackBerry” öz smartfon istehsalının dayandırıldığını rəsmi olaraq elan edib. Qeyd etmək lazımdır ki, cihaz bazarını şirkət tərk etməyə tələsmir. Yeni cihazların istehsalı ilə "BlackBerry”nin ortaq şirkətləri məşqul olacaqlar. Əslində şirkət bu strategiyaya hələ ilin əvvəlində keçmişdir. Belə ki, həmin müddətdə Alcatel Idol 4-ün yenilənmiş versiyası olan və Android əməliyyat sistemi ilə çalışan DTEK50smartfonu satışa çıxmışdır. "BlackBerry bütün daxili cihaz istehsalatı inkişafını dayandıraraq onu ortaq şirkətlərin ümidinə buraxmağı planlaşdırır. Biz öz strategiyamızın dönüş nöqtəsinə çatırıq. Bizim maliyyə əsasımız güclüdür və biz diqqətimizi əməliyyat sistemimizə yönəldəcəyik” – deyə Con Çen bildirib.

"BlackBerry”nin indiki maliyyə vəziyyəti haqqında danışsaq görərik ki, keçmiş rübdə 334 milyon dollar gəlir əldə edilməsinə baxmayaraq şirkət 372 milyon dollar vəsait itkisi yaşayıb. Bununla yanaşı Con Çen bildirib ki, bütün maliyyə ilinin yekun nəticələrinə görə onlar proqram təminatı və servislərlə məşqul olan şöbədən gəlirin 30% dəyərində artmasını gözləyirlər. Son rüb nəticələrinin elanı zamanı Con Çen şirkətin yeni çıxacaq BlacBerry smartfonları haqqında heç bir məlumat verməyib. Lakin son zamanlar DTEK60smartfonu haqqında bir çox sızıntılar olub.