main-post-cover

    "BlackBerry"nin yeni smartfonu BlackBerry KEYone rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "BlackBerry şirkəti rəsmi olaraq BlackBerry KEYone adlı yeni smartfonunu təqdim etdi.

    Yeni model artıq hamıya tanış olan ənənəvi fiziki QWERTY klaviatura özəlliyi ilə tendensiyanı davam etdirir. BlackBerry KEYone-nun korpusu, metal çərçivənin üzərində plastik materialdan ibarətdir. Onun ekranını isə bilinməyən materialdan hazırlanmış şüşə örtük qoruyur. Smartfon özündə həm USB Type-C, həmdə 3.5 mm-lik audiogirişi birləşdirir. BlackBerry KEYone-nın QWERTY klaviaturası çox maraqlıdır. Belə ki, o fiziki klaviatura olmaqla yanaşı, həmdə sensorludur. Barmağı klavituraya toxunduranda, ekrandakı səhifələri çevirmək, mətn yazarkən sözləri seçmək və jestlərdən istifadə etmək olar. Texniki göstəricilərə gəldikdə isə smartfon, 4.5 inç IPS ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD özəllikli), 3505 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. BlackBerry KEYone-nı artıq 549$ qiymətinə ön sifariş etmək olar. Onun satışları isə Aprel ayının əvvəlində start götürəcək.

     
    Linki kopyala