main-post-cover

    Bomba İddia: “Samsung” və “LG” Qatlana bilən Telefonlarını ilin ikinci Yarısında Satışa Çıxaracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Cənubi Koreya mərkəzli bir internet saytı, "Samsung” və "LG”nin qatlana bilən telefonlarını ilin ikinci yarısında bazara çıxaracaqları iddia edilir.

    Son zamanlarda qatlana bilən telefonlarla bağlı yeni xəbərlərin sayı artıb. Bu zamana kimi Samsung-un qatlana bilən telefonlarla bağlı xəbərləri yayılmışdı. Bizdə bu xəbərləri sizlərlə paylaşmışdıq. İndi də qatlana bilən telefonlarla bağlı Cənubi Koreya-dan ciddi bir iddia gəldi.
    "Technote.az”-ın "Korea Herald”ım internet saytına istinadən paylaşdığı xəbərə əsasən, "Samsung” və "LG” bu ilin ikinci yarısında qatlana bilən telefonları bazara çıxaracaqlar. Xəbərə görə "Samsung,” ilin üçüncü rübündə 100.000 ədəd qatlana bilən telefon istehsal edəcək, "LG” isə eyni miqdarda qatlana bilən telefonu ilin dördüncü rübündə istehsal etməyə başlayacaq. Ancaq buna baxmayaraq xəbərdə şirkətlərin bu planlarının hələki dəqiqləşmədiyi deyilir.
    "Korea Herald”ın xəbərində, "Samsung”un qatlana bilən telefonunun əvvəlcə kitab kimi açılıb bağlana biləcək şəkildə hazırlandığını , ancaq daha sonra istifadəçilərin telefonlarını daima açıb bağlamağı bəyənməyəcəklərini fikirləşərək, telefonun kənara doğru qatlana biləcək kimi yenidən hazırlandığı ifadə edilir.
    İddialara görə telefonun ekranı, açıldığında 7 dyüm ölçüsündə olacaq.
    Keçdiyimiz iyun ayında "Bloomberg”, "Samsung”un ilk qatlana bilən telefonunu "MWC” 2017-də təqdim edəcəyini elan etmişdi.
    Linki kopyala