Britaniyalılar, piroqu kosmosa göndərdilər (VİDEO)

271

Britaniyalı alimlər ibarət qrup kosmosa ətli piroq göndərdilər.

Tədbirin təşkilatçılarından biri olan Tony Callaghan-ın sözlərinə görə bu vasitə ilə onlar hündürlüyün, piroqun molekulyar quruluşuna necə təsir göstərəcəyini öyrənmək istəyiblər. Bundan əlavə onlar öyrənmək istəyiblər ki, bu təcrübədən sonra piroqu, yarışmada yemək mümkün olacaqmı. Əslində bu aksiya dünya üzrə piroq yemə çempionatı üçün reklam məqsədli keçirilmişdir. Piroqu meteozonda yerləşdirib 45 km hündürlüyə, stratosfer qatına göndəriblər. Piroq missiyanın öhdəsindən uğurla gələrək yenidən yerə enib. "Piroq ilk növbədə qızdı, sonra kosmosda soyudu. Eniş zamanı o yenə qızdı. Beləliklə onun dadı daha yaxşı oldu – deyə Callaghan bildirib.