main-post-cover

    Bütün insanlar eyni anda sıçrasalar nə baş verər?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Oqayo ştatı Universitetinin astrofiziki Paul Sutter və onun həmkarı fizik Mark Boslough Yer kürəsinin bütün insanlarının eyni anda sıçrayacaqları halda nələrin baş verəcəyi haqqqında danışıblar. Sonuncu hesablamalara əsasən Yer kürəsində 7.3 milyard insan yaşayır. Əslində bu elədə çox deyil. Bütün bu insanları Nyu-York böyüklüyündə bir əraziyə yerləşdirmək olar. Təbii ki, biraz sıxlıq olacaq. Alimlərin sözlərinə görə onların nəticələri bütün insanların bir-birilərinə yaxın məsafədə yerləşərək bir ərazidə eyni anda sıçramaları vəziyyətinə uyğundur. Nəticədə isə insanların eyni anda sıçramaları energetik təsir yaradacaq. Sutter və Boslough-un fikrincə bu enerjinin bir hissəsi həmin insanlara ayaqqabıları üzərindən geri qayıdacaq. Qalan hissə isə ətraf mühitə yayılacaq. İlk öncə bu alqışlara bənzəyən yüksək səs (təqribən 200 dB) olacaq. Bu cür səs səviyyəsi insan üçün ölümcül hesab olunur. Həmin səs səviyyəsi ən azından insan qulağının pərdəsinin məhv olmasına gətirib çıxardır. Müqayisə üçün uçuş zamanı reaktiv mühərrikin səs gücü 150 Db-ə çatır. 120 dB göstərici isə insan üçün təhlükəlidir. Daha sonra Yer kürəsi biraz silkələnəcək. Həmin silkələnmə nəticəsində 30 m hündürlüklü sunami və 4-8 bal gücündə zəlzələ olacaq (yəni Rixter şkalası üzrə güclü zəlzələlər). Körpülər, dəmir yolları, elektrik xətləri və binalar məhv olacaqlar. Bununla belə alimlər qeyd edirlər ki, bu cür sıçrayışdan sonra baş verəcək hadisələr kosmosda hiss olunmayacaq. Yer kürəsinin insanlarının nə dərəcədə güclü olmalarına baxmayaraq onlar planetin orbitini dəyişə bilməzlər. 
    Linki kopyala