main-post-cover

    Bu dəfə iPhone 7-ni helikopterdən atdılar (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Keçən həftə satışa çıxmış iPhone 7 nə qədər sağlamdır? Bir Youtuber işi daha irəli səviyyəyə aparıb və bu modelin nə qədər dayanıqlı olduğunu yoxlamaq qərarına gəlib. Bunun üçün isə onun seçdiyi üsul çox diqqət çəkəndir. Belə ki, Youtuber cihazı helikopterdən aşağıya tullayıb. Bir çox hallarda iPhone-un möhkəmliyi müxtəlif üsullarla yoxlanıb, amma daha əvvəl heç kim belə bir işə qol qoymayıb. Callux adlı Youtuber iPhone 7-ni helikopterdən atmaqla yoxlayıb və çox maraqlı nəticələr ortaya çıxıb. Belənki, Callux-un atdığı iPhone 7 cihazının ekranı belə demək olarsa, darmadağın olub, amma buna baxmayaraq hələ də öz funksionallığını saxlamağa nail ola bilib. Xatırladaq ki, daha öncəki gün bir Youtuber iPhone 7-ni drellə deşmişdi. Onu da qeyd etmək yerinə düşər ki, Calluxun atdığı cihaz torpaq hissəsinə düşüb, maraqlıdır betona düşsəydi yenə işləyərdimi? Bilmək olmaz bəlkə də bunu da sınaqdan keçirən tapılar.
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər