main-post-cover

    Bu dəfə iPhone 7 partladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung Galaxy Note 7 indi öz növbəsini iPhone 7-yə verib
    Gizmochina-nın verdiyi məlumata görə Çin sakini video çəkiliş zamanı istifadə etdiyi iPhone 7 partlayıb. Şüşə qırıntıları həmin şəxsin üz və barmaqlarını zədələyib. Zərərçəkən artıq "Apple"ın bölgə ofisinə müraciət etdiyini bildirib və səlahiyyətli şəxslər onun baş ofisə müraciət etməsini məsləhət görüblər. Zərərçəkmiş buna görə şirkətdən kompensasiya tələb edəcəyini bildirib. Həmin şəxs iPhone 7-ni hardan aldığı haqda məlumat verməsə də orijinal şarjdan istifadə etdiyini bildirib. Vəziyyətlə bağlı hal-hazırda araşdırma aparılır.

    Xatırladaq ki, bir müddət əvvəl Reddit istifadəçisi də iPhone 7 Plus-un çatdırılması zamanı yolda partlaması haqda məlumat paylaşmışdı.
    Ümid edirik ki, "Apple"ın iPhone 7 seriyasının sonu "Samsung"un Galaxy Note 7-si kimi olmaz. Çünki, bu hadisələrə görə "Samsung" 17 milyard dollar itirib.
    Bu xəbərlər bizim də ürəyimizcə deyil, amma paylaşırıq ki, xəbərdar olub, xəsarət çəkməyəsəniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər