main-post-cover

    Bu gamer Modern War oyunu üçün rekord məbləğ xərclədi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxları oynadığı oyunla tanınsa da, bu gamer oyuna xərclədiyi pulla gündəmə düşməyi bacarıb.

    İstər Youtube, istərsə də başqa sosial platformalardavirtual oyun həvəskarları çoxluq təşkil etməkdədir. Bu dəfə sizinlə paylaşacağımız xəbər isə tamamilə fərqli mövzunu əhatə edir. Belə ki, bir çoxlarına məlum olan Yapon oyun şirkətinin məhsulu olan Modern War adlı mobil oyun üçün Stefen Barsen adlı gamer rekord məbləğ xərcləyib. Bu məbləğ təxminən 2 milyon dollar təşkil edir. Stefen bu oyunla 2011-ci ildən maraqlanmağa başlamış, ilk vaxtlar çox da uğur qazana bilməmiş amma yenə də oynamağa davam etmişdir. İlk zamanlar uğursuz olduğunu, amma zamanla oyun içi xərcləmələr edərək oyunun ən böyük klanının başına keçməyi bacarıb.
     
    İlk vaxtlar xərcləmələrinə diqqət etməyən gamer daha sonra araşdıraraq bu məbləğin 2 milyon dollara yaxın olduğunu ortaya çıxarıb.
    Barsen, yalnızca oyun oynamaqla qalmayıb, oyun istehsalçıları ilə də şəxsən əlaqə saxladığını bildirib. Hətta oyun içində yer alan əşyalara edilən yenilikdən sonra etiraz edən oyuncuların yanında yer alaraq şirkətin geri addım atmasına səbəb olmuş və gamerlərin çəkdiyi xərclərin geri qayıtmasına nail olmuşdu.
    Göründüyü kimi Stefenin öz şöhrəti oynadığı oyundan öndə yer alır. Nə deyək Allah başqa dərd verməsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər