main-post-cover

    Bu gün Beynəlxalq Kosmik Stansiya adı ilə edilen canlı yayım saxta çıxdı

    07.05.2017
    Farid Pardashunas
     
    Bu gün facebookda Beynəlxalq Kosmik Stansiyadan paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla like alıb və paylaşılıb. Amma çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb. Gün ərzində LiveUSA, INTERESTINATEUNILAD kimi məşhur facebook səhifələrində milyonlarla like və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb. Daha sonra NASA-nın rəsmi saytında və fb səhifəsində bu gün üçün heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib. ABŞ-ın böyük xəbər portalı Mashable NASA ilə əlaqəyə keçib və onlara bu gün BKSdən heç bir canlı yayımın baş tutmadığı bildirilib. 
     
    Sonraki saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.
     
    Bu gün paylaşılan canlı yayım.
     

    Əsl video (2013)

     

     
     

    Linki kopyala