main-post-cover

    Bu hacker, sualına düzgün cavab verənlərə hədiyyə verir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    1x0123 ləqəbini istifadə edən hacker, soruşduğu tapmacalara düzgün cavab verən insanlara Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (NSA)-nın gizli məlumatlarını verəcəyini açıqlayıb.

    ABŞ Milli Təhlükəsizlik Agentliyinin artıq belə demək mümkünsə, "nur topu kimi” bir "sapık"ı var. Bu hacker öz Twitter hesabında 1x0123 adıyla qeydiyyatdan keçib və NSA-nın ictimaiyyətə açıqlamadığı məxfi məlumatları, verdiyi sualları düzgün cavablandıracaq şəxslərlə paylaşacağını bildirib. Paylaşdığı sualın içində URL, directory, faylın adı və zip faylının şifrəsi yer alıb.
     
    Bu verilən məlumatlar asan kimi görünə bilər, amma hackerin sözlərinə görə indiyədək yalnız iki nəfər sualın öhdəsindən gələ bilib. Hackerin bu hərəkətinə NSA-nın necə reaksiya verəcəyi maraqlıdır. Siz də hackerin məlumatları ilə tanış olmaq istəyirsinizsə, Twitter hesabına daxil ola bilərsiniz.
    Linki kopyala