Bu oyunlar beyninizi sınaqdan keçirmək üçün yaradılıb

494

Məntiqinizə və sürətli düşünmək qabiliyyətinizə güvənirsinizsə sizin üçün həm maraqlı, həm də çətin bir oyunumuz var.

Daha doğrusu aşağıda qeyd edəcəyimiz intellektual oyunlar ilə sizin beyninizi yandırmaq istəyirik desək səhv etmərik. Beləki bir neçə mərhələdən sonra bizim də beynimizdən tüstülər çıxardan bu oyunların həqiqətən çətin olduğunu iddia edirik. Təbii ki, bu çətinlik mənə "vız gələr” deyirsinizsə seçimi sizin ixtiyarınıza buraxırıq və sizi rəqabətə qoşulmaq üçün çağırırıq. Təbii ki, bu rəqabətin əsl məqsədi beyninizi yandırmaq deyil, ən güclüləri seçib Budapeştdə keçiriləcək dünya çempionatında iştirak haqqı verməkdir.

Hər nə qədər də Eynşteyn İQ-si tələb etsələr də, çox maraqlı və xırda oyunlarla sizi sınayan Red Bull Mind Gamers Azərbaycan seçim turundan çıxacaq komandaları dünya çempionatında, məntiqin "əjdaha”-ları ilə qarşı-qarşıya gətirir.

 

Artıq bu ünvanda onlayn seçim mərhələsi başlayıb. Yarışmada iştirak şansı qazanmaq üçün oyunçular öz şəhərini seçib tək oyunçu (single-player) rejimində pazl oyunu oynayıb, seçim mərhələsini keçməlidirlər. Seçim mərhələsini keçmək – ölkə üzrə ən güclülərin siyahısına (TOP 30) daxil olmaq deməkdir. Növbəti mərhələdə qaliblər real həyatda baş tutan seçim turunda iştirak edirlər (3-5 Fevral, Bakı, Park Bulvar, 4-cü mərtəbə). Burada onlayn seçim mərhələsini keçən hər bir oyunçu özünə üç nəfər yoldaş tapıb, dörd nəfərdən ibarət komanda yaratmalı və məntiq, yaradıcılıq, vizual qavrama və strategiya sahəsində bacarıqlarından istifadə etməklə 20 dəqiqə ərzində, komanda şəklində oyunu keçməlidirlər.

Hər ölkənin ən sürətli komandası Missiya: "Unlock Enoch" dünya çempionatında iştirak etməyə yollanacaq.

Qalib milli komandalar 2017-ci ilin mart ayında təşkil olunacaq dünya çempionatında iştirak etmək üçün Budapeştə (Macarıstan) səyahət təklifi alacaqlar. Burada onlar indiyə qədər görünməmiş, kvant məntiqinə əsaslanan "Escape Room" oyununun iştirakçısı olacaqlar.

Hal-hazırda bütün dünya ölkələri üzrə milli seçim turları keçirilir. Bu yarışmalarda 8000-dən çox ən müxtəlif oyunçu iştirak edir.

Bütün tədbirlər və onlayn seçim mərhələsində iştirak haqqında əlavə məlumat almaq üçün Red Bull Mind Gamers Azerbaijan rəsmi Facebook səhifəsinə daxil olun.