Bu printerlər artıq A3'ü iki tərəfli çap edə biləcək.

167

Orijinal Mürəkkəb Tank sistemini printerlər dünyasına qazandıran Epson, yeni modeli L1455 ilə bu kateqoriyaya A3 iki tərəfli çap xüsusiyyətini də əlavə etdi.

Mürəkkəb Tank Sistemli (ITS - Ink Tank System) printerlər ailəsinə qatılan L1455, kiçik miqyaslı ofis və evlər üçün ideal bir çap qurğusudur. L1455, A3 iki tərəfli çap və A3 darama xüsusiyyətlərini əhatə edən Epson seriyasının ilk 4-ü 1 arada printeridir.

Orijinal Mürəkkəb Tank Sistemli printerləri ilə səhifə başı çap dəyərində inqilab edən Epson; iki tərəfli çap xüsusiyyətinə sahib yeni printeri ilə xərcləri daha da minimuma endirir. İki tərəfli çap sayəsində kağız istifadəsi yarıya enir və qənaət artır.

10 min səhifədən artıq çap qabiliyyəti

İlk alınan zaman üzərində gələn mürəkkəb dəstləri sayəsində L1455, 10 min 500 səhifə çap edə bilir. Bu modeli müəssisələr üçün cazibədar edən amil, yalnız xərc baxımından olan təsirləri deyil, eyni zamanda problemsiz, etibarlı və yüksək keyfiyyətli nəticələr əldə edəbilir olmasıdır. L1455, Epson-un dayanıqlı və etibarlı Micro Piezo texnologiyası və orijinal mürəkkəbləri sayəsində dəqiq, kəskin və həssas çap işləri ortaya çıxarır. Sürətli quruma və ləkəsiz çap üstünlüyü təqdim edən model, rəngli üçün boyalı mürəkkəb, qara üçünsə pigmentli mürəkkəb istifadə edir. Eyni zamanda dəqiqədə 18 səhifə dəyərində yüksək çap sürəti təqdim edir.


 
    Polad Tağıoğlu
   Redaktor