Bu qarğıdalı cipsi internetdə 100 min dollara satıldı!

08.05.2017 0 PAYLAŞIM 7060 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

eBay üzərində keçirilən bir auksion, hədəfləri aşaraq hərkəsi heyrətləndirdi. Adi bir qarğıdalı cipsi record qiymətlə özünə alıcı tapmağı bacardı.

İnternetdə hər an hər şey ola bilər. Keçdiyimiz gün eBay-da auksionla satışa çıxan bir qarğıdalı cipsi hardasa 100 min dollara alıcı tapdı.

28 May 2016-cı ildə bütün dünyaya təsir edən bir hadisə yaşandı. 4 yaşındakı bir uşaq təhlükəsizliyi keçərək, Harambe adlı qorillanın yerləşdiyi qəfəsə girdi. Nə olduğunu başa düşmədən təəccüb içində uşağı tutub sürüməyə başlayan Harambe, heyvanat bağçası işçisi tərəfindən vurularaq öldürüldü.

Bu hadisə uzun bir müddət mübahisələrə səbəb oldu və sözügedən görüntülər internetdə viral oldu.

Keçdiyimiz gün bir eBay istifadəçisi paketdən çıxan bir cipsi, 11 dollardan başlayan auksionda satışa çıxardı. Cipsin tək xüsusiyyəti Harambe adlı həmin qorillaya çox oxşaması idi.


7 Fevralda təkliflər bağlandığında qorillaya oxşayan cips özünə 100.000 dollardan alıcı tapmağı bacardı. Gorilla Hot Cheetos – RARE olaraq siyahılanan məhsul 132 təklif almışdı.

100 min dollara alıcı tapan bu cipsin çıxdığı paketin isə 2.5 dollardan satıldığını da qeyd edək.