Bu restoranda Wi-Fi şəbəkəyə qoşulmaq üçün bir tapşırığı yerinə yetirmək lazımdır

273

ABŞ-da bir restoranda Wi-Fi şəbəkəyə qoşulmaq üçün maraqlı üsul təklif olunur.

Texas ştatının San-Antonio şəhərindəki tay restoranında müştərilər Wi-Fi şəbəkəyə qoşulmaq üçün təklif olunan riyazi məsələni həll etməlidirlər. Bu barədə restoran müştərilərindən biri Reddit-də bildirib. Həmin post internetin milyonlarla istifadəçisinin marağına səbəb olub. Riyazi məsələnin cavabını axtarmağa çalışan insanlar belə bir qənaətə gəliblər ki, sözügedən məsələni həll etmək qeyri-mümkündür. "Technote.az"ın "Reddit"ə istinadən verdiyi xəbərə əsasən bəzi istifadəçilər isə riyazi məsələnin özündə səhvin olduğunu qeyd ediblər. Çox zaman intenetdə bu cür riyazi məsələlər ortaya çıxır. Onların arasında ilk baxışdan sadə görünəni olsa da çox zaman məhz elə sadə görününlər istifadəçiləri təəccübləndirməklə onları çətin vəziyyətə salır. Lakin elə riyazi məsələlər də ortaya çıxır ki, onlar özlərində kiçik bir nüansı gizlədirlər. Çox zaman həmin nüanslar istifadəçi gözündən yayınır. Hər-halda bu cür məsələlər beyni işə salmaq üçün əla fürsətdir.