Bu Soyuq Günlərdə Tropik Bir Yerdə Olmaq Var idi...

78

Kanar Adaları üçün hazırlanmış reklam kampaniyası, soyuq günlərdə nəqliyyat vasitələrinin pəncərələrində görünən mesajlarla soyuq Avropa ölkələrində yaşayan şəxsləri əldə etməyi hədəfləyir.

Soyuq qış günlərində günəşli, tropik bir ölkəni tanıtmaq üçün ən yaxşı yol, insanların tropik bölgələrdə olanlara həsəd aparmalarına şərait yaratmaq ola bilər. DEC BBDO reklam agentliyi də Kanar Adaları-nı Avropa ölkələrində tanıtmaq üçün bu yolu izləyir.

Avropanın ən soyuq, yağışlı, dumanlı ölkələri seçilir. Fərqli nəqliyyat növlərində əvvəlcədən hazırlanmış mesajlar, içəridə istiliyin artması ilə birlikdə ortaya çıxır. "Hazırda Kanar Adalarında istilik 20 dərəcədir!” kimi mesajlar ya da "Günəşdən ötrü darıxmısınız?” kimi suallar #CanaryIslands etiketi ilə birlikdə yazılır. Mesajları görənlər isə ya dayanıb bir selfi çəkir ya da mesajın yanına ikinci bir palma ağacı, günəş şəkli çəkirlər. 

Aşağıda reklam videosunu görə bilərsiniz:

Reklamverən: Turismo de Canarias
Reklam Agentliyi: DEC BBDO, Barselona
Rejisorlar: Elisabet Colomé, Valen Soto, Eduard Baldrís, Rafa Soto
Reklam Ssenaristləri: Emma Estecha, Clara Peraferrer