Bu tətbiq vasitəsilə artıq internet olmadan da YouTube izləmək mümkün olacaq

2498

Dünyanın ən böyük video platforması YouTube, illərdir gözlənən yeniliyi təqdim etməyə qərar verib.

Hal-hazırda dünyanın ən böyük video paylaşım platforması olan YouTube, artıq kompüterdən çox ağıllı telefon və tabletlər vasitəsilə izlənir. Ən çox musiqi dinləmək üçün istifadə olunan YouTube-un çatmayan cəhəti isə offline izlənə bilməməsi və yeni videoları yaddaşda saxlamamasıdır. Bu mövzuda bir çox AndroidiOS istifadəçilərini sevindirəcək xəbər YouTube tərəfindən açıqlanıb.

 

Belə ki, YouTube yeni YouTube Go adı verdiyi tətbiqlə bu problemi həll etməyi qarşısına məqsəd qoyub. YouTube Go vasitəsilə videoları yaddaşda saxlamaq, offline olaraq izləmək mümkün olacaq.

İlk olaraq Hindistanda istifadəyə veriləcək tətbiq Android platformasında istifadəyə veriləcək. Tətbiq uğurlu olarsa digər ölkələrə də istifadəyə veriləcək.