main-post-cover

    Bu tətbiqlə, nifrət etdiyiniz xüsusiyyətlər üzərindən ciddi münasibət qura bilərsiniz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sözügedən tətbiq vasitəsilə tamamilə fərqli üsulla axtardığınız insanı tapa bilərsiniz.

    Sadəcə dost olmaq və ya ciddi münasibət qurmaq üçün hansısa insanı axtaranda adətən bizim seçimimiz qarşılıqlı simpatiya, ümumi maraqlar və hobbilər üzərində yaranır. 29 yaşlı britaniyalı Brendan Alper, digər insana, əşyaya və ya təzahürə qarşı nifrət üzərindən dost və ya sevgili tapmağın mümkün olub-olmadığını yoxlamaq istəyib. Beləliklə o, Hater adlı yeni tanışlıq tətbiqini yaradıb. Sözügedən tətbiqin axtarış bölməsində sizi ən çox qəzəbləndirən xüsusiyyətləri qeyd edirsiniz. Məsələn sizdə qəzəb yaradan hansısa məşhur ulduzun və ya əşyanın adını qeyd edə bilərsiniz. "Hater tətbiqi, ciddi tanışlıqları daha maraqlı və məzəli üsul ilə insanın qarşısına çıxır. Bizim nifrət etdiyimiz hər-hansı bir şey, bizim kim olduğumuzu formalaşdırır. Lakin çox vaxt bu bizim daxilimizdə gizli olaraq qalır və ictimai şəkildə nəql olunmur. Kiminsə sizin kimi hansısa xüsusiyyətdə nifrət etdiyini bildiyinizdə, söhbətə başlamaq daha asan olur” – deyə Brendan Alper bildirib. Hal-hazırda Hater, iOS eksklüzividir. Lakin artıq yaz fəslində tətbiq, Android üçün də aktiv olacaq.

    Linki kopyala