Bu üsul ilə bilmədiyiniz dillərdə danışıb, başa düşəcəksiniz

1053

Artıq xarici birinin danışıqlarını daha asan başa düşə biləcəksiniz 

Yeni layihə The Pilot adlanır və bir çox insanların əldə etmək istədiyi bir məhsul hazırlığını nəzərdə tutur. Belə ki, bir çoxlarımız xarici dilləri bilsək də, amma yenə də ünsiyyət quracaq qədər bu dilə hakim deyilik və ya sadəcə dili bilmirik. Bu yeni layihə sizə bu işin öhdəsindən asanlıqla gəlməkdə yaxından kömək edə bilər.


The Pilot layihəsi ağıllı qulaqçılar haqda layihədir. Bu qulaqcıqların köməyilə siz qarşı tərəfin danışdığı dili bilməsəniz belə onun nə haqda danışdığını çox asanlıqla anlaya bilərsiniz. Belə ki, bu layihənin ağıllı qulaqlıqları bir çoxlarının marağına səbəb olub və çoxlu sayda insan bu layihəyə pul ianəsi edib.

Məhsulun tez bir zamanda daha geniş kütləyə yayılması gözlənilir. Layihənin rəhbəri Endryu Oçoa (Andrew Ochoa) bu layihəni Fransız xanımla tanış olduqdan sonra irəli sürdüyünü bildirir.

Layihə və ən əsasda ağıllı qulaqcıqlar haqda daha ətraflı məlumatı burdan ala bilərsiniz.