main-post-cover

    Budapeştdə "Red Bull Mind Gamers" turnirinin finalı keçirilir

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu gün Budapeştdə Azərbaycan gəncləri tərəfindən artıq çox sevilən Red Bull Mind Gamers turnirin final mərhələsi keçirilir. Ölkəmizin qalib komandası artıq Macarıstandadır və hal-hazırda finala vəsiqə qazanmaq üçün digər 22 ölkədən gələn komandalar ilə mübarizə aparır.
    Yarışma zamanı gənclərimiz qarışıq reallığa malik olan final "Eskeyp rum”-dan çıxış yolu tapmalıdılar. Qalib komanda Massaçusets Texnologiya İnstitutundakı Game Lab-a pazzılların yaradılması sessiyasına dəvət olunacaq.
    Təşkilatçılar finala keçən iki komandanın adlarını sirr olaraq saxlayacaqlar və açıqlamanı Red Bull TV-nin canlı yayımında edəcəklər. Canlı yayım bu gün Bakı vaxtı ilə saat 23:00-da olacaq. Azərbaycan komandasının nəticələrini birincilərdən öyrənmək və milli komandamıza dəstək olmaq üçün canlı yayımı burada izləyə bilərsən.
    "Eskeyp rum” - otaqda bağlanmış oyunçular müxtəlif elementlərdən istifadə edib, bir sıra tapmacaların həllini tapıb azadlığa çıxmaq üçün mübarizə aparmalı olduqları bir macəra oyunudur. Onlayn yarışmanı və real həyatda keçirilən tədbirləri özündə cəmləşdirən turnir, iştirakçıların intellektini, məntiqini və yaradıcılığını onlayn oyunlar ilə sınayır.




    Linki kopyala