main-post-cover

    Bugünə qədər satışlarda Microsoft-dan geridə qalan Apple, bu il Microsoftu keçə bilərmi?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple dünyanın ən böyük şirkəti ola bilər ama Windows əməliyyat sistemli cihazlar hələ də daha çox satılır. Bəs 2017-ci ildə Apple artıq Microsoftu keçə biləcək mi?

    AppleiOS cihazları ilə hər il böyük sərvətlər qazanıb kassasını doldursa da dünya üzrə ən çox satılan cihazlar, Microsoftun əməliyyat sisteminə sahib cihazlar olurdu.
    Apple-ın iOSOS X əməliyyat sistemli cihazlarının ümumi satışları, Windows əməliyyat sistemli cihazların ümumi satış sayını keçə bilmirdi.
    Ancaq 2016-cı ilin sonuna gəldiyimizdə, Apple-ın cihazlarının satışının, Windows-lu cihazlara çox yaxınlaşdığı ortaya çıxdı.
    Gartner-ın araşdırmasına görə 2017-dən etibarən, "Apple”ın iOS və OS X cihazları, Windows əməliyyat sistemli PC, 2in1 planşet və telefon satışlarını geridə qoyacaq. Bu yüksəlişin də ən azından 2019-a qədər davam edəcəyi təxmin edilir.
    "Apple”ın 2017-də Microsoftdan 18 milyon ədəd daha çox cihaz satması gözlənilir. 2019-da isə bu rəqəmin 28 milyona çatması gözlənilir.
    "Apple” rəqabətdə bu rəqəmləri əsas götürmür ancaq daha çox insanın Apple sistemlərini istifadə etməyə başlaması və Microsoft sistemlərini tərk etməsi, Microsoftun lider olduğu bir dövrün sonuna gəldiyimizin və "Apple”ın Microsoftun yerini almaq üzrə olduğunun işarəti olaraq qəbul edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər