"Bürclərin Tarixləri Dəyişdi" xəbərinə "NASA"dan cavab gəldi!

798

Bu ayın əvvəlində özləri tərəfindən edildiyi iddia edilən "bürclərin dəyişməsi” ilə bağlı NASA-dan açıqlama gəldi.

Xatırlayarsınız ki, "Technote.az" olaraq bu ayın əvvəlində NASA-nın bürclərin tarixlərinin dəyişdiyiylə bağlı bir xəbər paylaşmışdıq və mövcud bürclərə əlavə olaraq "İlan” adında yeni bir bürcün əlavə edildiyini də bildirmişdik. "Technote.az”ın Azərbaycan mediasına gətirdiyi bu xəbərin, "BBC”, "TheVerge” kimi mənbələrə istinad olsada əsilsiz olduğu ortaya çıxdı.

Bürclərin tarixləri dəyişdirildi!

Sosial Mediada günlərlə ən məşhur mövzu olan Bürclərin dəyişməsi ilə bağlı NASA nəhayət ki bir açıqlama verdi. Qurumun rəsmi Tumblr blogundan edilən açıqlamada astronomiya ilə astrologiyanı bir-biri ilə qarışdırılmamalı olduğumuzu, astronomiyanın kosmosdakı hər şeyi əhatə edən bir elm olduğunu, astrologiyanın isə bir elm sahəsi belə olmadığını bildirdi.

Edilən bu mübahisənin elmi bir mexanizmə əsaslanmadığını bildirən NASA, dolayı yoldan haqqlarında edilən bu xəbəri də yalanlamış oldu.

Sözügedən xəbərin yayılmasına NASA-nın Yanvar ayında paylaşdığı bir məqalə səbəb olmuşdu.