CIA, gizli məlumatlarının sızdırılması ilə bağlı şübhəli şəxsləri dindirməyə başlayıb
Sosial Media
07.05.2017
Farid Pardashunas
CIA, WikiLeaks-in əlinə keçmiş gizli məlumatların sızdırılmasında proqtamçılardan şübhələnir.
Belə ki, CIA, ona proqram təminatı hazırlamış proqramçılari,
gizli məlumatların ötürülməsi barədə yoxlayır. Onların sözügedən gizli məlumatları
qisas uğrunda sızdırdıqları şübhəsi var. İstintaq prosesi ilə yaxından tanış
olan insanların məlumatlarına əsasən proqramçılardən ibarət çox kiçik bir qrup,
şübhə altındadır. Bunun səbəbi isə onların, təşkilatdakı iş yerlərinin itirmələridir.
Belə ki, CIA artıq onlardan proqram təminatı sifariş etmir. Beləliklə
proqramçılar qisas almaq qərarına gəliblər. İlkin versiyaya əsasən sızıntının
arxasında duran proqramçılardan bir çoxu Virciniya ştatındakı şirkətlərdə
çalışırlar. Onlardan bəziləri artıq dindirilib. Lakin rəsmi olaraq hələ heç kim
mühakimə olunmayıb. Qeyd etmək lazımdır ki, 7 Mart tarixində WikiLeaks saytı,
CIA-nin 8761 ədəd gizli sənədini paylaşmışdı. Həmin sənədlərdə təşkilatın
hacker qruplaşması və onların hazırladıqları proqram təminatları ilə adi
insanların izlənməsi barəsində məlumatlar yer almışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)