main-post-cover

    “CANAL”ın Mətbəxinə Səyahət: Bir Çimdik Super Qəhrəman, Bir Çay Qaşığı Futbolçu

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Fransız TV kanalı "CANAL” üçün BETC Paris agentliyi tərəfindən hazırlanmış reklam çarxı, mətbəx və televiziya arasında qurduğu paralelliyi möhtəşəm vizual effektlərlə göstərir.

    Bu Noyabr ayında Fransız televiziya kanalları CANAL+ və CANALSAT birləşərək tək bir kanala çevrildilər: CANAL. Bu inkişaf da kanalın uzun illərdir birlikdə işlədiyi BETC Paris reklam agentliyi ilə yaratdıqları böyük büdcəli bir reklam çarxı ilə elan edildi.
    "Mətbəx” adını daşıyan 60 saniyəlik reklam çarxı: adından da başa düşüləcəyi kimi, mətbəx bənzətməsi üzərindən irəliləyir. Eynilə yemək hazırlayarkən olduğu kimi yaxşı bir televiziya kanalı olmaq üçün də yaxşı məmulatlardan istifadə etmək çox vacibdir. Təbii ki yeməyin əksinə televiziyada məmulatlar seriallar, verilişlər və filmlərdən ibarətdir. Beləliklə, bu reklam çarxında mətbəxdə futbol oyunçuları, cizgi film obrazları, bir-birini qovalayan avtomobillər, dinozavrlar, super qəhrəmanlar, möhtəşəm mənzərələr və orta əsrlərə aid obrazlar "bişirilməyi” gözləyir, təsirli vizual effektlər ilə sıx iş qrafikli bir mətbəxdə izləyənlərin qarşısına çıxırlar. Qəhrəmanlar soyuducudan çıxardılır, polis avtomobili rəndələnir, dinozavr yumurtaları qırılır, futbol oyunçuları yeməyə əlavə edilir, cizgi film obrazları seçilir və dilimlənir. Bunlar kimi bir çox detal reklamın vizual dünyasını zənginləşirməklə qalmır, çarxı təkrar-təkrar izlətdirir çünki tək izləmə ilə bütün detalları tutmaq çox çətindir. Eləcə də, reklamda hansı "məmulatın” hansı TV proqramına ya da şəxsə ismarıc olduğunu təxmin etməyə çalışmaq da işə başqa bir əyləncə qatır. 
    Aşağıda videolardan əvvəlcə reklam çarxını sonra isə reklam çarxının necə çəkildiyini (səhnə arxası) izləyə bilərsiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər