main-post-cover

    Canlı yayım platforması Twitch, oyun satışına başlayır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amazon tərəfindən satın alındıqdan sonra investisiyalarını artıran və Dünya-nın ən böyük canlı yayım platformlarından biri olan Twitch, yaxın zamanda PC oyunlarının satışına başlayacaq!

    Twitch, Steam-ə rəqib ola bilərmi?
    Əslində uzun müddətdir bir çox oyunun təqdimatında xüsusi bir rol oynayan Twitch-in belə bir addım atması təəccüblü deyil. Bir çox şirkət adlarını Twitch-də yayım edən yayımçılar sayəsində tanıdır. Twitch-in birbaşa olaraq bu oyunların satışına icazə verməsi, oyunlarla oyunçuların arasında vacib bir körpünün qurulmasını təmin edəcək.

    PC oyun satışları mövzusunda liderlik isə heç şüphəsiz Valve-ın Steam platforması sayıla bilər. Bununla yanaşı internet saytı da oyunların satışlarında fəaliyyət göstərir ancaq Twitch-in ən az Steam qədər ciddi bir platforma yaradacağı dəqiqdir.
    Twitch-in platforması üçün razılaşma təmin etdiyi oyun firmaları arasında Ubisoft, Telltale Games, tinyBuild, Paradox Interactive, Trion Worlds, Vlambeer və Hi-Rez Studios kimi böyük adların yer aldığını da bildirmək lazımdır. HələlikActivision, Electronic Arts və bənzəri bir neçə böyük firma ilə razılaşma əldə edilib.
    Əgər Twitch üzərindən bir oyun satın alsanız, satın aldığınız oyunu Twitch-in yeni inkişaf etdirdiyi masaüstü tətbiqi vasitəsilə ya da Uplay kimi firmaların öz tətbiqləri üzərindən oynaya biləcəksiniz.
    Twitch-in oyun satışlarına tam olaraq hansı tarixdə başlayacağı hələ məlum deyil, ancaq qarşımızdakı yaz aylarında sistemin fəaliyyətə başlayacağı düşünülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər