Cənubi Azərbaycanlı Hacker “Brazzers”in Instagram hesabını hack etdi!
Digər
07.05.2017
Farid Pardashunas
Məşhur
porno saytı "Brazzers”in "Instagram” hesabı Cənubi Azərbaycanlı hacker tərəfindən ələ
keçirildi və hacker ilk paylaşımında "Yaşasın Türk milləti” yazılmış mesaja yer
verdi.
Məşhur
sosial media hesablarının hack edilmə hadisələri gündəmi zəbt etməyə davam
edir. Son vaxtlarda xüsusilə "Twitter" və "Instagram"da qarşımıza çıxan hack hadisələrində
qurban adətən məşhur biri, biznesmen və ya siyasətçi olurdu. Ancaq bu dəfə
hackerin hədəfi məşhur porno saytı "Brazzers”in Instagram hesabı oldu.
Təxminən
1.9 milyon izləyicisi olan "Brazzers”in
Instagram hesabını hack edən Cənubi Azərbaycanlı hacker Saman Ağdami, niyə bu hesabı
hack etdiyi ilə bağlı məlumat verməyib. İlk paylaşımında "Yaşasın Türk milləti”
yazan hacker, sonrakı şəkildə, İran liqasında yer alan Azərbaycanın futbol
klubu "Traktor FK”nın azarkeşlərini paylaşmışdır. Bu paylaşımında isə etiketlərə
"#tractor #iran #azarbayjan#türkiye" mesajını qeyd etmişdir.
Bir
müddət hackerin əlində qalan 1.9 milyon izləyicili böyük Instagram hesabının
geri alınması üçün "Brazzers", yüksək izləyici sayını itirməyi gözə alaraq eyni
istifadəçi adı ilə yeni bir "Instagram" hesabı açdı. Hazırda milyonlarda olan izləyici
sayını toplamaq çox çətin olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)