Cənubi Koreya yeni robot texnologiyası yaratdı

342

Hər zaman robot texnologiyası ilə dünyaya səs salan Cənubi Koreya daha bir yeniliyə imza atdı. Yaratdıqları texnoloji vasitə ilə real həyatda Terminator filmini canlandırdılar.

Cənubi Koraya hər zaman həyata keçirdiyi ideyalar və texnoloji yeniliklərlə diqqət mərkəzində olmağı bacarıb. Bu dəfə isə onlar filmlərdəkinə bənzər Exosuit yaratdılar. Robot texnologiyasına xüsusi diqqət yetirən Hankook Mirae adlı şirkət Method-2 adlı yeni exosuit yaratdığı haqda məlumat paylaşdı. Exosuit-lər ilk olaraq, Alien və Matrix filmlərində qarşımıza çıxmışdı. Sonralar isə Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə işlər apardığı və bu robotlardan hərb sahəsində istifadə etməyi planlaşdırdığı ortaya çıxdı.


Cənubi Koreyanın üzərində işlədiyi robot isə belə demək mümkünsə, içi insan, çölü isə robotdan təşkil olan exosuitdir. 1.3 ton ağırlığında olan Method-2 adlandırılan robotun əsas vəzifəsi isə limanlarda və ya nəqliyyat nöqtələrində ağır əşyaların daşınmasını həyata keçirməkdir. Cihazın təqribi qiymətinin 200 milyon dollar olacağı bildirilir. Gələcəkdə bu cihazın yalnız limanlarda deyil, digər sahələrdə də istifadəsi nəzərdə tutulur.