main-post-cover

    Çində Əjdaha Görüldü!

    07.05.2017
    Farid Pardashunas

    Fantastik varlıqlar olaraq qəbul edilən əjdəhalar ilə bağlı bir video sürətlə viral olmaq yolunda irəliləyir. Bəs bu sirrli video görüntü hardan çıxdı? Orası müəmmadır.

    Bu videoların real olmaq ehtimalını ağlımıza gətirmirik amma işin içində qəribə bir viral reklam kampaniyası olmaq ehtimalını da göz ardı etməmək lazımdır.

    Çində qəribə əjdəha görüntüləri meydana çıxıb.

    Keçdiyimiz günlərdə bir çox Çinli vətəndaş əjdəha gördüklərini bildirmişdilər. Adətən belə reaksiyalara və şikayətlərə qulaq asılmaz amma bu dəfə şikayətlərin sayının bir xeyli yüksək miqdarda olduğu müşahidə edilib.
    Dünyanın hər yerindən paranormal hadisələri videoya alan və bunları paylaşan bir kanal olan ApexTV, son videosunda bu görüntülərə yer verir.
     
    Kimilərinə görə bu görüntülər real olaraq qəbul edilsə də, biz təbii olaraq ağzından alov püskürdüyü deyilən bu uçan varlığın real ola biləcəyinə ehtimal vermirik.
    Qəbul edirik, video real bir görüntüyə çox oxşasa da işin içində kompüter toxunuşları var kimi görünür. Adətən belə videolar viral qapısını araladığı üçün 66 Milyon il əvvəl yaşayan bir dinozavr olan, Pterosaur-a oxşayan bu varlığın aqibətini digər hərkəs kimi bizdə maraqla gözləyirik.

    P.S: Videonun sonuna kimi gözlədim ki, sonda əjdəha ekrana yaxınlaşacaq, ekran qaralacaq və "SİZƏ ƏJDƏHA LAZIMDIR?” sualı yazılacaq və bir şirkətin məhsulunun şəkli göstəriləcək, amma olmadı, görək daha sonra bu videonun aqibəti necə olacaq...

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər