Çində qiyməti 2446 dollar olan yeni Gionee M2017 telefonu satışa çıxarıldı

269

Çində dizaynı, qiyməti və xüsusiyyətləri ilə diqqət çəkəcək yeni telefon satışa çıxarılacaq. Telefonun istehsalçısı isə mərkəzi Çində yerləşən Gionee şirkətidir.

Ağıllı telefon istehsalçısı Gionee, 7000 mAh batareya və dizaynı ilə diqqət çəkən M2017 modelini tanıtmağa hazırlaşır.

Gionee M2017 telefonunun xüsusiyyətləri

Xüsusi formada dizayn olunmuş yeni M2017 modeli bir sıra xüsusiyyətləri ilə diqqət çəkir. Belə ki, Gionee M2017 telefonunun Snapdragon 653 prosessora, 6GB RAM, 128GB və 256GB daxili yaddaşa sahib olması haqda məlumat mövcuddur. Telefonun 5.7 inç, 2560 x 1440 keyfiyyətli ekrana sahib olması gözlənilir.


Gionee M2017 model adlı telefonun arxa hissəsində 12MP və 13MP keyfiyyətli iki kamera yer alarkən, bunlardan biri iPhone 7 Plus modelində olduğu kimi 2x optic yaxınlaşma edə bilir. Telefonunu ön hissəsində isə 8MP kamera yer almaqdadır.


155.2 x 77.6 x 10.78 mm ölçülərə, 238 qram çəkiyə, USB Type-C girişə, barmaq izi sensora da sahib olan telefonun diqqət çəkən bir digər xüsusiyyəti onun 7000mAh batareyaya malik olmasıdır.

6 yanvar 2017 tarixindən etibarən satışa çıxacaq olan Gionee M2017-nin 128GB-a malik modelinin qiyməti 1010 dollar, 256GB-lıq modelinin isə 2446 dollara satışa çıxarılacağı bildirilir. İkinci modelin arxa korpusu (keysi) timsah dərisi ilə təchiz olunub.