Çinin taksi xidməti Didi, 5.5 milyard dollar alaraq ən bahalı ikinci startap adını aldı
Digər
07.05.2017
Farid Pardashunas
Çinin ən böyük taksi xidməti olan Didi Chuxing, 5.5 milyard dollar investisiyanın cəlb olunduğunu təsdiqlədi.
Şirkətin hal-hazır ki, qiyməti açıqlanmasa da bir sıra mənbələrdən
əldə olunmuş məlumatlara əsasən onun qiyməti 50 milyard dollara çatıb. Beləliklə Didi öz rəqibi Uber-dən sonra dünyada ikinci ən bahalı startap adına sahib
olub. Yeni investisiya raundunda "Silver Lake Kraftwerk” adlı şirkət yeni investor kimi çıxış
edib. Həmçinin investisiya raundunda Didi-nin keçmiş investorları da iştirak
ediblər. Onların arasında "Softban
Group”, "China Merchants Bank” və "Bank of Communications” şirkətləri var. Qeyd etmək lazımdır ki,
investorların siyahısında "Apple” şirkətinin adı keçməyib. Belə ki, "Apple”,
Didi-yə 1 milyard dollar investisiya
etmişdi.
Həmçinin nəzərə almaq lazımdır ki, Didi-nin yeni müqaviləsi,
Uber-in çətin zamanlarının fonunda reallaşdırılıb. Belə ki, son zamanlarda Uber-in
öz sürücülərinə, müştərilərinə qarşı aqressiv yanaşması və aşağı keyfiyyətli
biznes-strategiyası səbəbindən bir çoxları Uber-ə öz narazılıqlarını bildiriblər.
Bu cür hallardan isə onun rəqibləri olan Lyft, Gett və Didi istifadə edə bilərlər.
Həmçinin bir müddət bundan öncə Didi, Uber-in Çin biznesini almışdır. Crunchbase-in baza məlumatlarına əsasən yeni investisiya raundu ilə birlikdə
Didi indiyənə kimi ümumilikdə 13 milyard dollar investisiya cəlb edib. Uber isə
ümumilikdə 8.81 milyard dollar investisiya cəlb etmişdi. Bundan əlavə olaraq
yeni investisiya raundunda cəlb olunmuş vəsait çox güman ki, startap tarixində ən
böyüyü hesab olunur. Belə ki, bundan öncəki lider olmuş Uber vaxtı ikən
investisiya raundunda 5 milyard dollar investisiya cəlb etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)