main-post-cover

    Çinli milyarderin oğlu öz itinə 8 ədəd iPhone 7 aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Milyarder Van Tsyanlin-in 27 yaşlı oğlu Van Sıtsun öz itinə 8 ədəd iPhone 7 smartfonunu alıb.

    İtin cihazlarla olan fotolarını Sıtsun Weibo sosial şəbəkəsində paylaşıb. Van Keke adlı sibir haskisinin Weibo-da olan şəxsi səhifəsi 1.9 milyona yaxın izləyiciyə sahibdir. iPhone 7-nin ilk satış günündə isə sosial şəbəkədə itin iPhone 7 qutuları ilə fotoları paylaşılmışdır. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən Sıtsun-un atası Van Tsyanlin Çinin ən varlı adamlarından biridir. O ÇXR-nın (Çin Xalq Respublikası) ən böyük tikinti şirkəti "Dalian Wanda Group”un direktorlar şurasının sədridir. Onun sərvəti 14.1 milyard dollar qiymətləndirilir. Bir il əvvəl Van Sıtsun öz itinə hər birinin qiyməti 12.000$ olan iki qızıl Apple saatlarını almışdır. Saatlarla olan fotoların birində bu cür başlıq yazılmışdı. "Mənim yeni saatlarım var. Əslində onların sayı 4 olmalıdır. Belə ki, mənim 4 ayağım var. Lakin mən düşündüm ki, bu çox bayağı görünəcək. Buna görədə mən iki saat variantını seçdim. Bu isə mənim statusuma uyğundur. Bəs sizin belə saatlarınız var?”.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər