main-post-cover

    "CNN", "Beme" sosial şəbəkəsini 25 milyon dollara aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Youtuber Casey Neistat, keçən il, Facebook başda olmaq üzrə sosial şəbəkələrin "yeyib-içmək, alışveriş" göstərmək əsaslı paylaşım mədəniyyətinə Beme adlı sosial şəbəkəsi ilə bir alternativ təklif etməyə başlamışdı. Bir illik Beta mərhələsinin ardından keçən il May ayında təqdim olunan tətbiq, gördüyü böyük marağın ardından qısa bir müddət sonra çıxışını reallaşdırdı. Dünyanın ən böyük xəbər kanallarından olan CNN, Beme-i satın aldı.

    CNN satın almasının maliyyə şərtləri açıqlanmadı lakin Wall Street Journal mövzuya yaxın mənbələrlə əsaslandırdığı xəbərində Beme-in 25 milyon dollara satıldığı məlumatını paylaşdı. Bununla birlikdə razılaşmanın daha çox bir acquihire yəni istedad satın alması xarakterində olduğunu deyə bilərik. Beləki CNN verdiyi rəsmi açıqlamada, Beme-i bağlayacağını və qurucu ortaqlar Casey Neistat Matt Hackett ilə birlikdə Beme-in 11 işçisinin CNN-ə qatılacağını bildirib. CNN, Beme komandası ilə birlikdə yeni və müstəqil bir media brendini 2017-də təqdim etməyi planlayır.
    CNN, yeni media brendi üçün qlobab mənbələri ilə onlarla məzmun prodüseri, developer, dizayner və s. işə cəlb edəcəyini bildirir. CNN-in yeni media markası CNN Digital çətiri altında formalaşır. Yəni CNN, beləliklə yeni nəsli hədəf kütləsinə daxil etmək istəyir. Razılaşma çərçivəsində  Beme-in qurucusu Casey Neistat, 5.6 milyon abunəyə sahib YouTube kanalını da bağlayır. CNN-in yeni brendini təqdim edəndə Neistatın milyonlarla abunəsini də izləyicilərinə əlavə edəcyi açıq-aşkar görünür.
    Bugünə qədər 2 milyon dollar investisiya alan Beme, tətbiqi ilə 1 milyondan çox şəxsin cihazlarında yerini almışdı. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər