CNN dünən səhvən 30 dəqiqə canlı olaraq sərt porno nümayiş etdirib

7519

Düzünü desək bu Thenextwebdə eynilə bu başlıqdakı xəbəri oxuyarkən biraz ağlımız qarışdı amma düşünürük ki, hərşey qaydasındadır.

Dünən axşam saat 11 radələrində, bəzi izləyicilər CNN-də "Anthony Bourdain ilə Bilinməyənlər” verilişinin yeni seriyasını gözləyərkən proqramın 30 dəqiqəlik "sərt porno" videosu ilə əvəzləndiyini görüb təəccübləniblər. Hadisə sadəcə Boston şəhərində yaşayan izləyicilər üçün keçərli olub və burada CNN kanalı lokal televiziya yayım şirkəti olan RCN tərəfindən nümayiş etdirilir. Məşhur xəbər kanalı düzgün siqnalı göndərsə də RCN əməkdaşı səhv düyməyə klik edib və izləyicilər gözlədikləri veriliş əvəzinə porno ilə qarşılaşıblar.

Twitter istifadəçisi @solikearose, məşhur səyahət proqramının yeni seriyasını maraqla gözləyərkən qeyri-əxlaqi kadrla hətta porno ilə qarşılaşarkən şok olub və bu barədə öz hesabında paylaşım edib.

 

Zənnimcə nə isə bir dolaşıqlıq var idi, lakin mənə maraqlıdır ki bu kiməsə pis təsir edə bilərdi. Xoşbəxtlikdən bu potensial azyaşlı tamaşaçılar üçün yuxu vaxtı olan zamanda reallaşıb, lakin yəqin ki bu belə RCN-dən kiminsə başının bərk cəncələ girməsinə mane olmayacaq.