CNN-in Facebook səhifələri hack olundu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
OurMine hacker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hack ediblər.
Məlumata əsasən hackerlər, CNN International və CNN Politics səhifələrini ələ keçiriblər. Hackerlər həmin səhifələrdə öz loqolarını
paylaşaraq ənənəvi ismarıclarını yerləşdiriblər. "Salam. Bu OurMine-dır. Biz sizin təhlükəsizliyinizi
yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın” – deyə ismarıcda qeyd
olunub. Güman olunur ki, sözügedən hacker qruplaşmasına 3 ərəbli məktəbli
daxildir. Yarım saatdan sonra Facebook-un adminləri, CNN səhifələrini bərpa edərək
hackerlərin ismarıclarını siliblər. Qeyd etmək lazımdır ki, sözügedən hacker
qruplaşması, 23 Yanvar tarixində The New York Times qəzetinin Twitter səhifəsini
hack edərək orada Moskvanın, ABŞ-a nüvə silahı ilə hücumu barəsində saxta xəbərlər
paylaşmışdı. Müxtəlif zamanlarda isə OurMine, Mark Zukerberg-in, "Twitter”in yaradıcısı Jack
Dorsey-in və "Yahoo”nun prezidenti Marissa Mayer-in səhifələrini hack etmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)